Azərbaycanda texniki baxış talonu ləğv edilir – Kamera çəkəcək

Avtoxəbər 29 İyun 2018 14:18 Oxunub 3680
Azərbaycanda texniki baxış talonu ləğv edilir – Kamera çəkəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Texniki baxışdan keçməyən avtomobilə kamera vasitəsilə cərimə yazılacaq

Bu gün Milli Məclis yol hərəkəti qaydalarının pozulmasına görə inzibati məsuliyyətlə bağlı qanunvericiliyə daha bir neçə dəyişiklik edib. Avtosfer.az xəbər verir ki, dəyişikliklərə görə, bundan sonra texniki baxışdan keçməyən avtomobili idarə etməyə görə də kameralar vasitəsilə elektron qərar tərtib olunacaq (indi buna görə cərimə yalnız yolda saxlanılaraq yazıla bilər). Eyni zamanda, qanunda texniki baxış talonu ləğv edilir, bundan sonra sadəcə elektron qeydiyyat aparılacaq.

Texniki baxışdan keçməyən avtomobili idarə etməyə görə yalnız sürücü cərimələnəcək. Buna görə vəzifəli şəxsin və hüquqi şəxsin məsuliyyəti ləğv olunur.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh