Azərbaycan polisinin 100 illiyində yol polisləri mükafatlandırıldı - FOTO - VIDEO

Yol polisi 30 İyun 2018 14:05 Oxunub 8768
Azərbaycan polisinin 100 illiyində yol polisləri mükafatlandırıldı - FOTO - VIDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
37 yol polisi əməkdaşına diplom, fəxri fərman və hədiyyələr təqdim olunub

İyunun 30-da Azərbaycan Polisinin 100 illiyi və 2 iyul - Polis Günü münasibətilə Baş Dövlət Yol Polisi İdarəsinin, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin və “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə dəstəyiilə tədbir keçirilib.
"Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri, Avtosfer.az portalının baş redaktoru Elməddin Muradlı Azərbaycan Polisinin keçdiyi şərəfli yoldan danışıb, tədbir haqqında məlumat verib.
Milli Məclisin deputatları Flora Qasımova, Şahin İsmayılov, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycan Polisinin 100 illiyi münasibətilə polis əməkdaşlarını təbrik ediblər. Bildiriblər ki, polis vəzifəsi şərəfli bir işdir. Azərbaycan polisinin ölkəmizdə ictimai-siyasi sabitliyin, əmin-amanlığın, dincliyin təmin edilməsində xidmətləri böyükdür.
Bildirilib ki, 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə əsası qoyulan milli polis ötən dövr ərzində çətin və şərəfli yol keçib. Ümummilli liderimiz Heydər Əliyev müstəqil Azərbaycan polisinin formalaşmasına, peşəkarlığının artırılmasına daim böyük diqqət və qayğı göstərib. Dahi rəhbərin 1993-cü il iyunun 15-də hakimiyyətə qayıdışından sonra hüquq mühafizə orqanlarının işində dönüş yaranıb, mütəşəkkil cinayətkarlığa, korrupsiyaya, terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə gücləndirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki İlham Babayev, Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Rüfət Quliyev, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşı, polis kapitanı Elşad Hacıyev çətin və şərəfli xidmətləri ilə fəxr etdiklərini deyiblər.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev öz çıxışında bütün polis əməkdaşlarını təbrik edib. O cümlədən  Baş Dövlət Yol Polisi İdarəsinin rəisi general Ramiz Zeynalovun təbriklərini mərasim iştirakçılarının diqqətinə çatıdırıb. Azərbaycan Polisinin keşməkeşli olduğu qədər şərəfli bir yol keçdiyini, vətənə, xalqa və anda sədaqətlə və ləyaqətlə xidmət etdiyini, polis orqanlarının zamanın bütün sınaqlarından mətinliklə çıxdığını, dövlətçiliyin əsas sütunlarından birinə çevrildiyini vurğulayıb.


Digər çıxış edənlər Cümhuriyyətin yaşıdı olan Azərbaycan Polisinin böyük inkişaf yolu keçdiyini, dövlətçiliyimizin möhkəmlənməsi uğrunda üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyini, ictimai asayişi və sabitliyi qorumaq naminə qarşıya çıxan çətinliklərə inamla sinə gərdiyini və cinayətkarlıqla qətiyyətlə mübarizə apardığını diqqətə çatdırıblar. Vurğulanıb ki, respublika və paytaxt yollarında, küçə və prospektlərdə rahat və təhlükəsiz hərəkətin mümkün olması üçün polisin xidmətləri əvəzsizdir. Dövlət Yol Polisi əməkdaşlarının cəmiyyətin bu istəyini yaxşı anlayaraq öz vəzifələrini icra etməsi isə polislə cəmiyyət arasında qarşılıqlı inam və etibarı daha da möhkəmləndirir.
Bildirilib ki, ölkəmizdə və paytaxtda nəqliyyatın sürətlə artdığı bir şəraitdə təhlükəsiz, fasiləsiz və rahat hərəkətin təmin olunması Dövlət Yol Polisinin fəaliyyəti üçün də yeni tələblər doğurub. Yol polisi yollarda rahat və fasiləsiz hərəkəti təmin etmək, cəmiyyətimizi nəqliyyatın zərərli təsirindən qorumaq üçün üç istiqamətdə fəaliyyət göstərir.
Digər çıxış edənlər də bu gün Azərbaycan polisinin həm də vətəndaş kimi, həyatın bütün sahələrində ölkəmizin inkişafına töhfə verdiyini deyib, polis əməkdaşlarına xidmətlərində uğurlar arzulayıblar.
Tədbirdə Dövlət Musiqili Komediya Teatrının solisti Səməd Xasiyev Azərbaycan Polisinin 100 illiyinə həsr edilən, sözləri Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşı, polis kapitanı Elşad Hacıyevə, bəstəkarı Aydan Əliyevaya, aranjemanı polis mayoru Xəyal Məmmədova aid olan “Azərbaycan Polisi” marşını ifa edib.
Daha sonra Azərbaycan Polisinin 100 illiyi və 2 iyul - Polis Günü münasibətilə mükafatlandırılan 37 yol polisi əməkdaşına diplom, fəxri fərman və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, "Azersun Holdinq", "Ştutqart" mağazalar şəbəkəsi, "Top Servis" təkər xidməti, "156" evakuasıya və "166" yükdaşıma xidməti, "Hed Academy" öz qiymətli hədiyyələrini yol polisi əməkdaşlarına təqdim ediblər.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh