Sakinlər “polisə arxayınıq” dedilər - FOTO

Yol polisi 30 İyun 2018 18:26 Oxunub 1879
Sakinlər “polisə arxayınıq” dedilər - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xalq öz minnətdarlığını bildirir

Bu günlərdə 100 yaşını qeyd edən Azərbaycan Polisinin ictimaiyyət arasında böyük nüfuza malik olması heç də sirr deyil. Polisimizin apardığı qüsursuz xidmət bütün ölkə əhalisi tərəfindən yüksək qiymətləndirilir. Bunun nəticəsidir ki, mütəmadi olaraq ayrı-ayrı bölgələrdən daxili işlər orqanlarına təşəkkür məktubları ünvanlanır, xalq öz minnətdarlığını bildirir. İstər KİV-lərdə, istərsə də cəmiyyət arasında polisinin səsi-sorağı hər zaman ucadan gəlir, xidməti müsbət qiymətləndirilir. 

Polis-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsi və insan azadlıqlarının qorunması daxili işlər orqanları əməkdaşlarının xidməti fəaliyyətinin əsas istiqamətlərindəndir. Polis əməkdaşları xidmət etdikləri ərazilərdə mütəmadi olaraq yerli sakinlərlə görüşlər keçirir, onların sevinc və kədərlərinə şərik olurlar. Vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasının nəticəsidir ki, sakinlər polis əməkdaşlarını özlərinə bir dayaq, sirdaş bilirlər.

Artıq 20 ildir ki daxili işlər orqanlarında xidmət edən polis mayoru Nəzər Həbibov kənd sakinlərinin rəğbətini qazanan əməkdaşlardandır. Xaçmaz RPŞ İTB-nin polis sahə rəisi vəzifəsində çalışır. Xidməti ərazisində olan 28 kənd sakinlərinin necə deyərlər həm sirdaşı, həm də dərd ortağıdır. Kəndlərin ağsaqqalarından başlamış, azyaşlılara qədər hamı onun xidmətindən, ərazidə olan əmin-amanlıqdan fərəhlə danışır. 

Bunlar arasında Qaradağlı kənd sakini Yunus İsayev kəndin ən yaşlı kişilərindəndir. Yunus babayla görüşümüz xeyli maraqlı oldu. Sevinc dolu,  gülərüzlü babamız bizə sahə rəisinin işindən söbhət etdi. Cavanlığından müxtəlif dövlət orqanlarında çalışan Yunus baba təqaüdə çıxdıqdan sonra sahibkarlıq və bağçılıqla məşğul olduğunu bildirdi. Onun bir sözü daha çox diqqətimi çəkdi: “Mən qocalığımı bağda keçirirəm. Cavanlıqda salqığım bağın bəhrəsini görürəm. Bağlarımda meyvə bol olanda da qazancım da bol olur. Elə vaxt olur yığılan meyvələr 2-3 həftə bağda qalır, alıcısını gözləyir. Mən isə öz evimdə rahat istirahətimi edirəm, bilirəm ki bağıma girən olmaz. Çünki polis xidməti ərazidədi. Oğurluq ola bilməz. Sizcə bundan böyük rahatlıq ola bilər?”

Sonra söhbətimizə qoşulan Hülövlü kənd nümayəndəsi Fərman Babayev polis  əməkdaşlarının yerli camaata göstərdiyi köməkdən, kənd məktəbləri və digər inzibati yerlərdə sakinlərlə keçirilən görüşlərdən danışdı. Sakinlər adından Azərbaycan Polisinin 100 yaşını təbrik etdi, şəxsi heyətə minnətdarlığını bildirdi.

Onu da qeyd etmək istəyirəm ki, hal-hazırda Xaçmaz RPŞ İTB polis sahə rəisi vəzifəsində çalışan polis mayoru Nəzər Həbibov asayişin qorunması zamanı canını qurban vermiş polis serjantı Oktay Həbibovun qardaşıdır. 

 

Nizam Həmidov

polis leytenantı

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh