İsmayıllı-Muğanlı yolunda otla dolu "KamAZ" yanıb

Qaydalar 1 İyul 2018 00:37 Oxunub 1640
İsmayıllı-Muğanlı yolunda otla dolu "KamAZ" yanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ot bağlamaları yolun üstündən keçən elektrik naqilinə toxunub

İsmayıllı-Muğanlı avtomobil yolunda yanğın hadisəsi baş verib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, Laçın sakini olan və hazırda İsmayıllı rayonunun Xanagah kəndində məskunlaşan 1962-ci il təvəllüdlü Hüseynov Şahin Mütəllim oğlu idarə etdiyi 41-BA-197 dövlət nömrə nişanlı, "KamAZ" markalı yük avtomobili ilə Talıstan kəndindən Tircan kəndinə 230 ədəd ot bağlaması apararkən avtomobil qəflətən yanmağa başlayıb. Yanğına "KamAZ"ın yük yerinə yığılan ot bağlamalarının yolun üstündən keçən elektrik naqilinə toxunması səbəb olub. Ot bağlamaları və avtomobilin yanar konstruksiyaları yanaraq yararsız vəziyyətə düşüb. Sürücüsü xəsarət almayıb. 

Hadisə yerinə FHN-in İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və 14 canlı qüvvəsi cəlb olunub. Yanğın tam söndürülüb, xəsarət alan yoxdur. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh