“Mercedec” dirəyə çırpıldı: ölən var - QƏZADAN FOTOLAR

Avtosfer Foto 1 İyul 2018 00:54 Oxunub 3100
“Mercedec” dirəyə çırpıldı: ölən var - QƏZADAN FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobil işıq dirəyinə çırpılıb və yanğın baş verib

Şirvan şəhərində baş verən avtomobil qəzası nəticəsində ölən qadının şəxsiyyəti müəyyənləşdirilib. “Mercedec” markalı avtomobilin işıq dirəyinə çırpılması nəticəsində, sərnişinlərdən biri Şirvan sakini, 1989-cu il təvəllüdlü Bəşirova Türanə Vaqif qızı hadisə yerində ölüb, digər sərnişin xəsarət alaraq şəhər xəstəxanasına yerləşdirilib.

 

**** 18.41

Şirvan şəhərində ağır yol qəzası baş verib, ölən və xəsarət alanlar var. APA-nın verdiyi məlumata görə, şəhərin Heydər Əliyev prospektində Şirvan sakini, 1984-cü il təvəllüdlü Mustafayev Samiq Səlim oğlu 10 SA 431 dövlət nömrə nişanlı, “Mercedec” markalı avtomobilin idarəetməsini itirib, avtomobil işıq dirəyinə çırpılıb və bu zaman yanğın baş verib. Avtomobildə olan sərnişinlərdən biri ölüb, digər sərnişin xəsarət alaraq şəhər xəstəxanasına yerləşdirilib.

 Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri yanğının qarşısını alıblar.

 Faktla bağlı Şirvan şəhər Polis Şöbəsində araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh