Qırmızı işıqdan keçən "Niva" qəza törədib, İraq vətəndaşı yaralanıb - FOTO-VİDEO

Avtoxəbər 1 İyul 2018 01:00 Oxunub 4208
Qırmızı işıqdan keçən "Niva" qəza törədib, İraq vətəndaşı yaralanıb - FOTO-VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzaya uğrayan hər iki avtomobil deformasiya olub

Nəsimi rayonunda iki avtomobilin toqquşması zamanı sərnişin xəsarət alıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Abbasqulu Ağa Bakıxanov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində qeydə alınıb. Belə ki, Azadlıq prospektində işıqforun yaşıl işığında yolu keçən Şahin Abbasovun idarə etdiyi 90-GF-657 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobili yolu qırmızı işıqda keçən 90-LT-808 dövlət nişanlı "Niva" markalı avtomobil vurub. Zərbənin gücündən "Mercedes"də olan sərnişin, İraq Respublikasının vətəndaşı, 19 yaşlı Mustafa Ali xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım xidmətinin əməkdaşları gəlib. Yaralı xəstəxanaya çatdırlıb. Qəzaya uğrayan hər iki avtomobil deformasiyaya uğrayıb. Əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Avtotexniki ekspertiza təyin edilib. Avtomobillər cərimə meydançasına yerləşdirilib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh