Avtomobili təmir etmək istəyən sürücü yandı - Kürdəmirdə

Avtoxəbər 1 İyul 2018 23:39 Oxunub 1748
Avtomobili təmir etmək istəyən sürücü yandı - Kürdəmirdə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Radiatorun qapağını açan zaman qaynar su onun üzərinə dağılıb

Kürdəmir rayonunda 25 yaşlı gənc avtomobilini təmir etmək istəyərkən xəsarət alıb. Hadisə Karrar qəsəbəsində qeydə alınıb. Belə ki, Ucar rayon sakini 1993-cü il təvəllüdlü Nüsrəddin Mübariz oğlu Mehdiyev avtomobilin radiatorunun qapağını açan zaman qaynar su onun üzərinə dağılıb. Nəticədə N.Mehdiyev müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. O, Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh