Rütbəcə polis olan azərbaycanlı məşhurlar - FOTO

Yol polisi 2 İyul 2018 12:25 Oxunub 4078
Rütbəcə polis olan azərbaycanlı məşhurlar - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis əməkdaşı olan məşhurların siyahısını təqdim edir

Azərbaycan polisinin 100 illiyidir. Avtosfer.az big.az-a istinadən polis əməkdaşı olan məşhurların siyahısını təqdim edir: Tanınmış idmançı Eduard Məmmədov Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantıdır. Kikboksinqlə məşğul olan E.Məmmədov müsahibələrinin birində bildirib ki, polis olmaq onun uşaqlıq arzusu olub.

http://upload.az/foto/arxiv/36527091_1593749554069284_72777967599448.jpg

Əməkdar artist, tanınmış aktyor, "Planet Parni iz Baku" KVN teatrının aparıcı üzvlərindən olan Cabir İmanov polis orqanlarında çalışır. İmanov polis polkovnik-leytenantıdır.

http://upload.az/foto/arxiv/7f2f22a25a8c3cd32f826153b83c2383.jpg

2008-ci il Pekin Olimpiya Oyunlarının qalibi Elnur Məmmədli də polis əməkdaşı olub. O, Polis Akademiyasını bitirib və DYP-də işləyərkən polis kapitanı rütbəsini daşıyıb. E.Məmmədli Dövlət Təhlükəsizlik Xidmətində mühüm vəzifəyə təyin olunub.

http://upload.az/foto/arxiv/71623_91491212299_91530518190.jpg

Pekində keçirilən Olimpiya oyunlarının bürünc mükafatçısı, veteran cüdoçu Mövlud Mirəliyev Şəmkir Olimpiya Kompleksinin direktoru olmaqla yanaşı həm də polis mayorudur.

http://upload.az/foto/arxiv/cec25df5-6d44-4a49-a489-3a9d7b9781f1.jpg

Tanınmış idmançımız Tural Bayramov da polis serjantıdır. O, kikboksinqlə məşğul olub.

http://upload.az/foto/arxiv/677b910f-3521-461a-a4e1-c0f31e818bee_640.jpg

Xalq artisti Azərin Silahlı Qüvvələrin baş leytenantı vəzifəsində çalışır.

http://upload.az/foto/arxiv/azerin.jpg

Azərbaycanın əfsanəvi güləşçisi, Avropa və Olimpiya çempionu, dünya çempionatının finalçısı Namiq Abdullayevin isə polisdə təcrübəsi daha çoxdur. O, 1992-ci ildə Azərbaycan Bədən Tərbiyəsi İnstitutunu, ardınca Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. DQBİ-nin idman komandasının rəisi, polkovnik-leytenantıdır.
http://upload.az/foto/arxiv/2017-12-26-14-35-01Namiqchempion.jpg

ŞƏRH YAZ
Ad

E-mail

Şərh