20 yanvar - Xırdalan istiqamətində tıxacın son günü - SABAH TƏMİR BAŞA ÇATIR

Yeniliklər 2 İyul 2018 13:29 Oxunub 1469
20 yanvar - Xırdalan istiqamətində tıxacın son günü - SABAH TƏMİR BAŞA ÇATIR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"İyulun 4-də rənglənmə işləri aparılacaq və texnikalar ərazidən çıxarılacaq. Yol həmin gündən tam olaraq sürücülərin istifadəsinə veriləcək"

Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun 6-11-ci kilometrliyində asfaltlanma işləri başa çatmaq üzrədir. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Qurum sözçüsü bildirib ki, ərazidə asfaltlanma işləri iyulun 3-də tam başa çatacaq: "Bundan sonra təxminən bir gün də, yəni iyulun 4-də rənglənmə işləri aparılacaq və texnikalar ərazidən çıxarılacaq. Yol həmin gündən tam olaraq sürücülərin istifadəsinə veriləcək".

A.Nəcəfli bildirib ki, yolun əks istiqamətində təmir işlərinə isə hələlik başlanmayacaq.

Xatırlayaq ki, iyunun 27-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Quba-Rusiya avtomobil yolunun 6-cı kilometrliyindən 11-ci kilomtrliyinə qədər olan məsafənin asfalt örtüyünün dəyişdirilməsinə başlamışdı. Görülən işlərlə əlaqədar ərazidə avtomobillərin hərəkətinin hissə-hissə məhdudlaşdırılması ərazidə tıxaclara səbəb olmuşdu.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh