Ferstappen Avstriya mərhələsində Qran-Pri qazanıb - FOTO

Yarışma 2 İyul 2018 13:36 Oxunub 2164
Ferstappen Avstriya mərhələsində Qran-Pri qazanıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Gələn həftə mübarizə Silverstounda davam edəcək

“Red Bull” komandasının pilotu Maks Ferstappen Formula 1 yarışlarının Avstriya mərhələsində Qran-Pri qazanıb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, yürüşün bu mərhələsində ikinci yeri “Ferrari” komandasının pilotu Kimi Raykkonen, üçüncü yeri isə Sebastyan Fettel tutub. Maks Ferstappen cari mövsümdə özünün birinci, karyerasında isə dördüncü dəfə qələbə qazanıb. “Mercedes” komandasının hər iki pilotu texniki problemlər üzündən yürüşü vaxtında əvvəl dayandırıblar. Avstriya Qran-Prisi başa çatandan sonra Formula 1 dünya çempionatının ümumi hesabında Sebastyan Fettelə liderlik edir. Onun aktivində 146 xal var. İkinci yeri tutan Lyuis Hemilton Fetteldən cəmi bir xal geri qalır. Aktivində 101 xal olan Kimi Raykkonen isə Valtteri Bottası və Daniel Rikkardonu geridə qoyaraq üçüncü yerə çıxıb. Avstriya mərhələsindən sonra Konstruktorlar Kubokunda “Ferrari” liderlik edir. İkinci yeri “Mercedes”, üçüncü yeri “Red Bull” komandaları tutur. Gələn həftə mübarizə Silverstounda davam edəcək.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh