“Xaliq Faiqoğlu” MMC polis əməkdaşlarını təbrik etdi

Yol polisi 2 İyul 2018 16:01 Oxunub 1358
“Xaliq Faiqoğlu” MMC polis əməkdaşlarını təbrik etdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şərəfli peşə sahiblərinə uğurlar arzulayırıq

Bu gün müstəqil dövlətimizin ən mühüm atributlarından, əsas sütunlarından olan Azərbaycan polisinin 100 yaşı tamam olur.

 

Azərbaycanın ilk polis bölüyü 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti dövründə cinayətkarlıqla mübarizə aparmaq və ictimai təhlükəsizliyi təmin etmək məqsədilə yaradılmışdır. 1998-ci ildən isə iyulun 2-si prezident Heydər Əliyevin fərmanı ilə Azərbaycan daxili işlər orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunmuşdur. Azərbaycan polisi dövlətin formalaşmasında, milli maraqların qorunmasında, ölkənin ərazi bütövlüyü uğrunda döyüşlərdə fəal iştirak etmiş və böyük şücaətlər göstərmişdir.

 

Sevindirici haldır ki, “SAFA Holding”in tərkibində fəaliyyət göstərən “Xaliq Faiqoğlu” MMC-nin istismarındakı avtobusların daxilində quraşdırılmış video-kameraların köməyi ilə DİN əməkdaşları tərəfindən bu günə kimi onlarla xırda və orta ağırllıqlı cinayətlərin üstü açılmış, cinayətkarlar tapılaraq məsuliyyətə cəlb edilmişdir.

 

Daxili İşlər orqanarı ilə sıx əməkdaşlıq edən şirkətimiz ictimai asayişin qorunmasında, həmçinin yol hərəkətinin təşkili və tnzimlənməsində fədakarlıq göstərən bütün polis əməkdaşlarını təbrik edir, ölkədə sabitliyin möhkəmlənməsində, təhlükəsizliyin təmin ediməsində əvəzsiz xidmətləri olan bu çətin və şərəfli peşə sahiblərinə uğurlar arzulayır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh