Qubada polis bayramı qeyd edilib - FOTO

Yol polisi 2 İyul 2018 23:05 Oxunub 7142
Qubada polis bayramı qeyd edilib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xidməti vəzifəsində fərqlənən əməkdaşlara mükafatlar təqdim olunub

Quba Rayon Polis Şöbəsində Daxili İşlər Nazirliyinin yaranmasının 100 illiyi münasibəti ilə yubiley tədbiri keçirib. Əvvəlcə Rayon Polis Şöbəsinin şəxsi heyəti ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər güllər düzüblər. RPŞ-də keçirilən tədbirdə çıxış edən rəis, polis polkovniki Süleyman Neymətov şəxsi heyəti Azərbaycan Polisinin 100 illiyi münasibəti ilə təbrik edib. Daxili işlər orqanlarının keçdiyi yol, şərəfli tarix barədə məruzə edərək, polisin  hər zaman dövlətçiliyimizə sadiq olduğunu, sabitliyin, əmin-amanlığın qorunması üçün fədakar xidmət etdiyini deyib.

Sonra çıxış edən Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Azərbaycan Polisinin 100 illiyi münasibəti ilə onları təbrik edib. Daxili işlər orqanlarının fəaliyyətini yüksək dəyərləndirib, şəxsi heyətə gələcək fəaliyyətində də uğurlar arzulayıb.

Tədbirin sonunda xidməti vəzifəsində fərqlənən əməkdaşlara mükafatlar təqdim olunub. 

 

Nizam Həmidov,

DİN Mətbuat Xidmətinin əməkdaşı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh