İran vətəndaşlarının daxili orqanında narkotik aşkarlanıb

Avtoxəbər 3 İyul 2018 10:14 Oxunub 1316
İran vətəndaşlarının daxili orqanında narkotik aşkarlanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, idarənin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn İran vətəndaşları saxlanılıb və onların üzərində şəxsi yoxlama aparılıb.

Avtosfer.az DGK-ya istinadən xəbər verir ki, yoxlama nəticəsində, saxlanılan şəxslərdən birinin daxili orqanında (düz bağırsağında) 5 ədəd bükümdə narkotik vasitələr - xalis çəkisi 143,05 qram olan heroin və 3,80 qram tiryək, eləcə də 0,560 qram psixotrop maddə - metamfetamin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh