Yol polisi vəziyyəti pisləşən sürücüyə yardım etdi: Sabirabad postunda - FOTO

Yol polisi 4 İyul 2018 03:38 Oxunub 1582
Yol polisi vəziyyəti pisləşən sürücüyə yardım etdi: Sabirabad postunda - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü DİN rəhbərliyinə təşəkkür edib

Sabirabad rayonunun sakini Şahin Kərimov daxili işlər naziri Ramil Usubova təşəkkür edib. Avtosfer.az xəbər verir ki, Ş. Kərimov öz avtomobili ilə hərəkət edərkən isti hava şəraiti ilə əlaqədar olaraq qəfildən vəziyyəti pisləşib. Yaxınlıqdakı Sabirabad postunda avtomobili saxlayan sürücü kömək istəyib. Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 12-ci tağımının komandiri Şahmar Süleymanov və inspektor Elməddin Əliyev dərhal sürücüyə yardım ediblər. Posta gətirilən sürücüyə ilkin tibbi yardım göstərilib, ona su verilib. Sürücünün vəziyyəti normal olduqdan sonra yoluna davam edib. 

Sürücü Şahin Vəliyev DİN rəhbərliyinə müraciət edərək yaradılan şərait və yardım üçün təşəkkür edib.

 

Orxan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh