Bu bir sınaq idi və sürücülər peşəkarlığını nümayiş etdirdilər – Vaqif Əsədov

Yol polisi 4 İyul 2018 12:45 Oxunub 3296
Bu bir sınaq idi və sürücülər peşəkarlığını nümayiş etdirdilər – Vaqif Əsədov
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İki gündür bütün əməkdaşlarımız gecə-gündüz iş başındadır və insanlara xidmət edir

İyulun 2-də gecə və 3-də axşam saatlarında paytaxt Bakı da daxil olmaqla respublikanın bir sıra rayonlarında elektrik enerjisinin verilişində yaranmış problem yollarda hərəkətə də təsirsiz ötüşməyib. Svetoforların işləməməsi bəzi küçə və prospektlərdə sıxlığa səbəb olsa da, Dövlət Yol Polisi İdarəsinin əməkdaşları vəziyyəti dərhal nəzarətə götürə biliblər. Bu barədə Avtosfer.az-a məlumat verən Bakı şəhər DYPİ-nin bölmə rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, iyulun 2-də gecə yarısı baş vermiş qəzadan dərhal sonra DYP rəhbərliyinin göstərişi ilə bütün şəxsi heyyət iş başında olub, yollar, xüsusən də yolayrıcları tam nəzarətə götürülüb: Hər bir yolayrıcında, piyada keçidi yaxınlığında bizim əməkdaş olub, onlar YPX avtomobilindəki İ-patrul sisteminin imkanlarından istifadə edərək sürücülərə və piyadalara əvvəlcədən işarə verərək yolayrıclarından, piyada keçidlərindən təhlükəsiz qaydada keçməsinə imkan yaradıblar. Hər hansı ağır yol-nəqliyyat hadisəsi qeydə alınmayıb. Dünən axşam saatlarında da eyni hal baş verdi ki, yenə də rəhbərliyin göstərişi ilə bütün əməkdaşlarımız xidmətə cəlb olundu. Svetoforların bəzisi işləmədiyi üçün müəyyən ərazilərdə sıxlıq yaranmışdı. Xüsusən də metro çıxışlarının yaxınlığında belə hallar baş verdi. Əməkdaşlarımız müəyyən addımlar ataraq sıxlığın və hadisələrin qarşısını aldılar. Gecə saat 3 radələrinə qədər içi mən qarışıq, bütün idarə rəhbərliyi iş başında olmuşuq. Bu hadisələr Bakı üçün bir sınaq idi və sürücülərimiz bu sınaqdan yaxşı çıxdılar. Hər hansı ağır qəza qeydə alınmayıb, yalnız maddi zərərlə nəticələnən kiçik hadisələr baş verib. Belə hallarda hər bir vətəndaş öz üzərinə düşən vəzifələri yerinə yetirib məsuliyyətli olmalıdır”.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh