“Gecikirəm, maaşımdan kəsəcəklər”: Yolda qalanların öz dilindən... - VİDEO

Xəbərlər 4 İyul 2018 12:55 Oxunub 1562
“Gecikirəm, maaşımdan kəsəcəklər”: Yolda qalanların öz dilindən... - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtobusların azlığı sıxlığın daha da böyüməsinə səbəb olub

Xəbər verdiyimiz kimi, Bakı metrosu işləmədiyindən şəhərdəki avtobus dayanacaqlarında sıxlıq müşahidə olunur. Xüsusilə də, “20 Yanvar”, “Koroğlu” və “Neftçilər” metrostansiyalarının yaxınlığındakı avtobus dayanacaqlarında böyük izdiham yaranıb. Avtosfer.az xəbər verir ki, “Qafqazinfo”nun əməkdaşları da həmin ərazidə olub və vəziyyətlə maraqlanıb. Məlum olub ki, avtobuslar gücləndirilmiş iş rejimində fəaliyyət göstərməsinə baxmayaraq sərnişinlər gedəcəkləri ünvana çatmaqda çətinlik çəkirlər. Sıxlıq yarandığından xeyli insan işə, imtahana gecikib. Avtobusların azlığı sıxlığın daha da böyüməsinə səbəb olub.

Üstəlik sərnişinlər qeyd edir ki, rəsmi şəkildə elan edilməsinə baxmayaraq, bəzi avtobus sürücüləri sərnişinlərdən gediş haqqı tələb edirlər. Bundan əlavə, işə taksi ilə getmək istəyən vətəndaşlar da fantastik qiymətlə qarşılaşıblar. Belə ki, sürücülər 1 nəfərə 5 manat ödəniş müqabilində sərnişinləri metro ətrafına çatdırıb.

Səhər saatlarında Koroğlu Mübadilə Mərkəzindən hazırladığımız videoreportajı təqdim edirik:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh