Aktrisadan yol polisinə sərt ittiham - "Yol polislərinin mədəniyyəti yoxdur" - VİDEO

Yol polisi 4 İyul 2018 13:14 Oxunub 2097
Aktrisadan yol polisinə sərt ittiham - "Yol polislərinin mədəniyyəti yoxdur" - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tunay Əliyeva video yayaraq özünü haqlı çıxarmağa çalışsa da, izləyicilər onun özünü səhv çıxarıb

Bir neçə gün əvvəl Bakıda keçirilən hərbi parada görə yolun bağlanmasına etiraz edən aktrisa Tunay Əliyevanın yenidən yol polisiləri barədə çəkdiyi xoşagəlməz videosu yayılıb. Videonu aktrisa özü çəkərək sosial şəbəkələrdə yayıb. Avtosfer.az xəbər verir ki, aktrisa çəkdiyi videoda qeyd edir ki, hərbi parada görə yolu bağlayan YPX əməkdaşı həmin vaxt orada polisin göstərişinə tabe olmayan Qarabağ qazisinə guya yumruq atıb və onu polis bölməsinə aparacağını bildirib. Lakin həmin vaxtı orada nümunəvi xidmət aparan Vüsal Qurbanov adlı YPX əməkdaşı heç kimə yumruq atmayıb (https://www.youtube.com/watch?v=xUxrFxGHYaA).

Aktrisa daha sonra videoda şərh yazan şəxslərə bildirib ki, "Azərbaycanda yol polislərinin mədəniyyəti yoxdur". Bu isə ümumi polis adına ləkə yaxmaqdır. Son zamanlar polis əməkdaşlarının vətəndaşlara qarşı olan nümunəvi əməlləri həmin vətəndaşlar tərəfindən sosial şəbəkələrdə işıqlandırılır və onların bu cür xidməti barədə Daxili İşlər Nazirliyinə təşəkkür edilir. Vətəndaşların təhülkəsizliyini və hüquqlarını qoruyan polis əməkdaşlarına böhtan atmaq və onları mədəniyyətsiz kimi qələmə vermək arzuolunmaz haldır. 

İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində qeyd olunub ki, Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər 200 manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Yəni kimsə polisin qanuni tələbinə əməl etmirsə, həmin şəxsi rahatlıqla polis bölməsinə apararaq inzibati məsuliyyətə cəlb etmək qaydalar çərçivəsində olacaq.

 

Təbriz

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh