Yol polisi sürücüləri saxlayıb su verdi: istilərə görə - VİDEO

Yol polisi 4 İyul 2018 16:56 Oxunub 3171
Yol polisi sürücüləri saxlayıb su verdi: istilərə görə  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DYP sürücülərə xəbərdarlıq edir

Havaların isti keçməsi ilə əlaqədar olaraq Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayı gücləndirilmiş iş rejiminə fəaliyyət göstərir. Şəxsi heyət yollarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə sürücülərin iş və istirahət rejiminə nəzarət gücləndirilib. Bu məqsədlə postlarda DYP rəhbərliyinin göstərişi ilə yaradılan şəraitdən sürücü və sərnişinlərin istifadəsinə imkan yaradılıb. Artıq Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 11-ci tağımının şəxsi heyəti günün qızmar vaxtlarında uzaq səfərlərə çıxan və xüsusən də mikroavtobus və avtobus idarə edən idarə edən sürücüləri DYP postlarında saxlayaraq onların qısamüddətli istirahət etməsinə şərait yaradırlar. Sürücülər postların ərazisində olan sudan istifadə edərək əl-üzlərini yuyur, otaqlarda qısamüddətli istirahət edirlər. Eyni zamanda sürücülərlə yanaşı sərnişinlərə də sərin su və kölgədə dincəlmək təklif olunur. DYP digər sürücülərə də tövsiyə edir ki, stosionar postlarda yaradılan bu şəraitdən istifadə etsinlər, uzaq səfərlərə çıxarkən hərəkəti birdəfəlik deyil fasilələrlə davam etdirsinlər. Bu onların və daşıdıqları sərnişinlərin həyat və sağlamlığı üçün çox vacibdir.

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh