Bakının mərkəzində zəncirvari qəza – VİDEO

Qaydalar 5 İyul 2018 11:56 Oxunub 1908
Bakının mərkəzində zəncirvari qəza – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza yerinə yol-partul xidmətinin əməkdaşları gəlib

Bakının Nərimanov rayonuda, Əhməd Rəcəbli prospektində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, 99-DM-484 dövlət nömrə nişanlı “Opel Vectra” markalı avtomobilin sürücüsü idarəetməni itirərək, 90-RP-872 dövlət nömrə nişanlı, “Chevrolet Aveo” markalı avtomobillə toqquşub. Bundan sonra “Opel” yaxınlıqda dayanmış “Mercedes” (90-RU-767), o isə öz növbəsində “Mitsubishi” (10-UO-098) və “Hyundai” (90-SP-935) markalı avtomobillərə çırpılıb. Hadisə nəticəsində “Opel”, “Mercedes” və “Mitsubishi” markalı avtomobillərə ciddi ziyan dəyib.

Qəza yerinə yol-partul xidmətinin əməkdaşları gəlib.

Xəsarət alan yoxdur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh