"BMW" 12 minə yaxın avtomobili geri çağırdı

Avtoxəbər 6 İyul 2018 22:00 Oxunub 1396
"BMW" 12 minə yaxın avtomobili geri çağırdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məlum olub ki, bir sıra avtomobillər havaya normadan artıq azot oksidi buraxıb

"BMW" Almaniyada 12 minə yaxın dizel mühərrikli avtomobilini geri çağırıb.

 

Avtosfer.Az Trend-ə istinadən xəbər verir ki, bu qərar həmin avtomobillərdə zərərli maddələrin buraxılışına nəzarət sistemindəki qüsurlarla bağlıdır.

 

Bir müddət əvvəl, Münhen prokurorluğu dizel mühərrikli avtomobillərin təmizləmə sistemlərində manipulyasiyalarla əlaqədar yoxlamalara başlamışdı. Məlum olub ki, bir sıra avtomobillər havaya normadan artıq azot oksidi buraxıb.

 

Geri çağırılan avtomobillərin sahiblərinə bununla əlaqədar məlumat verilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh