"Aqua Park"da baş verən faciənin TƏFƏRRÜATI - VİDEO

Xəbərlər 6 İyul 2018 23:40 Oxunub 2339
"Aqua Park"da baş verən faciənin TƏFƏRRÜATI - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İstirahət mərkəzinin əməkdaşları isə bu iddialarla razılaşmır

 Su hovuzunda çimən gənc dünyasını dəyişib.  Avtosfer.Az bildirir ki, hadisə ötən gün Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən istirahət mərkəzlərindən birində baş verib. Dostları ilə hovuza gələn 35 yaşlı Zamiq Nağıyevin dünyasını dəyişməsi ilə bağlı ailəsinə məlumat verilib. Mərhumun qardaşı Nicat Nağıyevin sözlərinə görə hadisəyə səbəb su sürüşkənin qarşısında çimən qardaşına, başqa bir şəxsin zərbəylə çırpılması olub. O bunu müşahidə kameralarından da göründüyünü bildirir.

Nicat Nağıyevin sözlərinə görə qardaşı məhz istirahət mərkəzində təhlükəsizlik normalarına əməl edilməməsi səbəbindən dünyasını dəyişib.

İstirahət mərkəzinin əməkdaşları isə bu iddialarla razılaşmır. Mərkəzin menceri Sevinc Rəşidovanın sözlərinə görə təhlükəsizlik normalarına hər zaman əməl edilir. Ölümün hansı səbəbdən baş verdiyini isə bilmirlər.

 

Qeyd edək ki, dünyasını dəyişən Zamiq Nağiyev 2 uşağı olub və o turistlərin gəzidirilməsi işi məşğul olurmuş. Faktla bağlı prokurorluğ əməkdaşları tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh