Bakıda yeni marşrut xətti fəaliyyətə başlayıb

Yeniliklər 7 İyul 2018 13:21 Oxunub 1223
Bakıda yeni marşrut xətti fəaliyyətə başlayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Çoxsaylı müraciətləri nəzərə alınmaqla qəbul edilib

Zirə–Mərdəkan qəsəbələri istiqamətində başlanğıc dayanacaq məntəqəsi Zirə qəsəbəsi (Ə.Babayev küçəsi, məscid), son dayanacaq məntəqəsi isə Mərdəkan qəsəbəsi (S.Yesenin küçəsi 106) olmaqla 152 nömrəli müntəzəm marşrut xətti fəaliyyətə başlayıb.

Bakı Nəqliyyat Agentliyindən Avtosfer.az-a verilən xəbərə görə, yeni marşrut xəttinin təşkil edilməsi ilə bağlı qərar sakinlər adından Xəzər rayonu Zirə bələdiyyəsinin Bakı Nəqliyyat Agentliyinə çoxsaylı müraciətləri nəzərə alınmaqla qəbul edilib.

Marşrut xətti boyunca Yol Hərəkətinin Təşkili şöbəsi tərəfindən əraziyə baxış keçirilib və zəruri dayanacaq məntəqələrinin yerləri müəyyənləşdirilərək müvafiq tədbirlər görülüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh