Tıxacda gedən sürücü kameraya düşdü: DYP onu 40 manat cərimələdi - VİDEO

Xəbərlər 9 İyul 2018 17:45 Oxunub 6612
Tıxacda gedən sürücü kameraya düşdü: DYP onu 40 manat cərimələdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Mən o yolda istəsəm də, qaydanı poza bilməzdim”

Bakıda qəribə hadisə yaşanıb. Nazim Ələkbərov adlı sürücü bildirib ki, tıxacda getdiyi halda ona elektron protokol gəlib. Sürücü iddia edir ki, Dövlət Yol Polisinin bu cəzası qanunsuzdur: "Bakı-Quba yolunun 7.4 kilometrliyində, 20 yanvar yaxınlığında tıxacda yol gedirdim. Mənim idarə etdiyim 90-CA-171 seriyalı “Mercedes-190” markalı avtomobilinə DYP-dən cərimə gəlib. Onlar iddia edir ki, guya mən yol hərəkətinin və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etməmişəm. Əslində isə mən o yolda istəsəm də, qaydanı poza bilməzdim. Çünki orada tıxac idi və manevr etmək mümkünsüz idi".

Nazim Ələkbərov deyib ki, pozmadığı qaydaya görə 40 AZN cərimələnib. Sürücü həmin görüntüləri də azxeber.com-a təqdim edib. Görüntülərdən də məlum olur ki, “Mercedes-190” qaydaları pozmur. Həmin qaydanı taksi sürücüsü pozur. 

Həmin videonu təqdim edirik:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh