"AA" seriyalı maşının sürücüsü qəsdən qayda pozaraq qəzaya səbəb oldu - VIDEO

Avtosfer TV 10 İyul 2018 12:12 Oxunub 3408
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qaydanı qəsdən pozur ki, digər sürücü qəzaya düşsün

Bir çox hallarda "AA" seriyalı maşınların sürücüləri qaydaları pozmağı sanki adi hal hesab edirlər. Təbii ki, bu hamısına aid deyil. Amma Avtosfer.az-ın kamerasına düşən 10 AA 841 dövlət nömrə nişanlı avtomobil kobud qayda pozaraq qəzaya səbəb olur. Hasidə 20 Yanvar dairəsindən 3-cü mikrorayon dairəsinə gedən  Rövşən Cəfərov küçəsində baş verib. Ən maraqlısı isə odur ki, sürücü qaydanı qəsdən pozur ki, digər sürücü qəzaya düşsün. Bunun isə adi artıq xuliqanlıqdır. 

Belə ki, "AA" seriyali  avtomobilin  sürücüsünün əyləci qəfil istifadə etdiyini görən digər sürücü onudan uzaqlaşmaq üçün ötmə etmək istəyir. Lakin bundan öz aləmində "əsəbləşən" digər sürücü ona imkan vermir. Sağdan ötmə edərək avtomobilin qarşısında qəfil əyləci basır. Nəticədə qəza baş verir. "AA" seriyalı avtomobilin sürücüsü isə qazı basaraq uzaqlaşır. 

Ümid edirik ki, DYP bunu araşdırıb qəzaya səbəb olan sürücünü cəzalandıracaq. Çünki "AA" seriyası heç kimə üstünlük hüququ vermir ki, xuliqanlıq etsin.

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh