Taksi xidmətinin keyfiyyəti artırılacaq - DANX-dan açıqlama - VİDEO

Yazarlar 11 İyul 2018 01:21 Oxunub 1776
Taksi xidmətinin keyfiyyəti artırılacaq - DANX-dan açıqlama - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Rayonlarda taksi sürücülərinin reytinqi hazırlanacaq

Bölgələrdə taksi fəaliyyəti ilə məşğul olan avtomobillərin əksəriyyəti standartlara cavab vermir. Bunu nəzərə alan Dövlət Avtomobil Nəqliyyatı Xidməti təkliflər paketi hazırlayıb. Təkliflər paketində taksi sürücülərinin davranışlarında rast gəlinən bəzi xoşagəlməz halların aradan qaldırılması da əsas hədəf kimi götürülüb.

Dövlət Avtomobil Nəqliyyatı Xidməti oturacaq yerləri 8+1 və ondan az olan minik avtomobilləri ilə sərnişin daşıyan sürücülərə də xəbərdarlıq edib. Qurumun sözçüsü Nuridə Allahyarova bildirib ki, həm ölkədaxili, həm də beynəlxalq istiqamətlər üzrə bu avtomobillərlə sərnişin daşınması tam qanunsuzdur. Belə avtomobillər yalnız xüsusi müqavilə əsasında sərnişin daşıya bilərlər

Nuridə Allahyarova bildirir ki, belə avtomobillərlə qeyri-qanuni sərnişindaşımanın qarşısını almaq üçün tədbirlər görülür. Əgər belə daşıyıcı şirkətlər aşkarlanarsa, həmin şirkətlər barədə dövlət yol polisinə məlumat veriləcək. Eyni zamanda beynəlxalq istiqamətlər üzrə belə fəaliyyətlə məşğul olanlar barədə isə tərəfdaş dövlətlərin aidiyyəti qurumları ilə məsləhətləşmələr aparılıb və onlara bu avtomobillərin həmin ölkələrə buraxılmaması tövsiyyə edilib.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh