Sabunçu-Zabrat yolunda hər gün yaranan tıxaca SON - FOTOLAR

Yeniliklər 11 İyul 2018 13:11 Oxunub 2582
Sabunçu-Zabrat yolunda hər gün yaranan tıxaca SON - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tıxacın aradan qaldırılması üçün tədbirlər görülür

Bakı Nəqliyyat Agentliyi Sabunçu-Zabrat yolunda hər gün yaranan tıxacın aradan qaldırılması üçün tədbirlər görməyə başlayıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Mais Ağayev məlumat verib. Onun sözlərinə görə, bu çərçivədə Zabrat şosesinin Heydər Əliyev prospekti ilə kəsişən hissəsində (Sabunçu yol qovşağı) yerüstü piyada keçidinin yaxınlığında işlərə başlanılıb. Bu məqsədlə, yerüstü piyada keçidinin yaxınlığında yerləşən dayanacaq məntəqələrinin yeri dəyişdirilərək cib tipli təşkil ediləcək. Bununla da günün pik saatlarında qeyd edilən yolda nəqliyyatın hərəkətində müşahidə edilən tıxacın aradan qaldırılması və sərnişinlərinin rahatlığının, eləcə də təhlükəsizliyinin təmin edilməsi mümkün olacaq.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh