Su üstündə hərəkət edən avtomobil

Avtoxəbər 11 İyul 2018 16:14 Oxunub 1511
Su üstündə hərəkət edən avtomobil
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bir idman avtomobili olaraq qarşımıza çıxan yeni Yagalet avtomobili, yalnız yollarda deyil, suda da gedə bilir

Rusiyanın Yagalet firması, istər yolda, istər suda gedə biləcək xüsusi bir süzülmə texnologiyası istifadə edən yeni avtomobil dizaynını meydana çıxardı.

Avtosfer.az deyerler.org-a istinadən bildirir ki, Yagalet əksər insanı özünə heyran edəcək yeni avtomobil dizaynını hazırladı. Bir idman avtomobili olaraq qarşımıza çıxan yeni Yagalet avtomobili, yalnız yollarda deyil, suda da gedə bilir. Söz mövzusu texnologiyanın patentini almaq üzrə olan Yagalet, eyni texnologiyanı SUV, miniven və digər vasitələrdə də istifadə edəcək.

Hoverkraft sistemini bir evə yerləşdirəcəyini söyləyən Yagalet, texnologiyanın necə işlədiyi mövzusunda isə bir məlumat vermədi. Verilən şərhə görə sürücülər, kabinin içində olan bir qol köməyi ilə vasitənin altında olan şişmə yastıqları aça biləcək. Şişmə yastıqlar sayəsində havada süzə bilən avtomobil, standart avtomobillərin irəliləyə bilmədiyi bir çox yerdə irəliləyə biləcək.

Yagaletin şərhinə görə yeni sistem, hoverkraft avtomobillər və digər uçan nəqliyyat vasitəsilərin yaşadıqları təməl problemlərə fərqli bir yanaşma təqdim edir. Şirkətin şərhinə görə standart uçan avtomobillər üçün pilot səlahiyyəti alınması lazımdır. Öz inkişaf etdirmiş olduqları sistem isə, bu problemi ortadan qaldırır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh