Yol qəzalarını seyr edən sürücülər cərimələnəcəklər

Yeniliklər 11 İyul 2018 16:21 Oxunub 2160
Yol qəzalarını seyr edən sürücülər cərimələnəcəklər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
 Qəza yerlərinin yaxınlığında sürəti azaltmaq qadağan edilir

Əbu-Dabi polisi yol qəzalarına tamaşa etməyi xoşlayan sürücülər üçün yeni cərimə tətbiq edib. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, təcili yardım karetalarının yol-nəqliyyat hadisəsi baş vermiş yerə gedişini cətinləşdirən və bütün nəqliyyat axınını ləngidən sürücülər 1000 dirhəm (273 ABŞ dolları) məbləğində cərimə ödəməli olacaqlar. Əmirliyin Nəqliyyat Departamentinin direktoru Al-Ayn Əhməd əl-Züveydi bildirib ki, yol-nəqliyyat hadisəsi baş vermiş ərazidə nəqliyyat vasitələrini tormozlamaq və hadisəyə tamaşa etmək kimi qeyri-sivil davranış adəti yol hərəkətinin digər iştirakçılarının həyatı və sağlamlığı bahasına başa gələ bilər. Onun sözlərinə görə, qəza yerlərinin yaxınlığında sürəti azaltmaq qadağan edilir, çünki belə hərəkətlər xilasetmə xidmətlərinin gediş gəlişini çətinləşdirir, bu isə yeni yol qəzalarına səbəb ola bilər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh