“Formula1” mövsümünün 8 mərhələsinin tarixləri məlum olub

Yarışma 12 İyul 2018 15:23 Oxunub 2222
 “Formula1” mövsümünün 8 mərhələsinin tarixləri məlum olub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Çempionatın startı martın 17-nə təyin edilib

2019-cu il “Formula1” mövsümünün 8 mərhələsinin tarixləri məlum olub. Avtosfer.az “Azərtac”-a istinadən xəbər verir ki, mövsümün ilk yeddi yürüşünün və çempionatın sonuncu mərhələsinin tarixləri açıqlanıb. Mənbənin verdiyi məlumata görə, təqvimin qalan hissəsi Mayami Qran- Prisinin baş tutub-tutmayacağından asılı olacaq, çünki Mayami ilə “Liberty Media” şirkəti arasında kontrakt bağlanması məsələsində bəzi çətinliklər yaranıb.

Çempionatın startı martın 17-nə təyin edilib, sonuncu mərhələ isə dekabrın 1-də Əbu-Dabidə keçiriləcək.

2019-cu il mövsümü üçün Formula1 mərhələlərinin təqvimi: 

17 mart – Avstraliya Qran -Prisi

31 mart – Bəhreyn Qran- Prisi

14 aprel – Çin Qran -Prisi

28 aprel – Azərbaycan Qran- Prisi

12 may – İspaniya Qran- Prisi

26 may – Monako Qran -Prisi

9 iyun – Kanada Qran- Prisi

1 dekabr – Əbu-Dabi Qran- Prisi.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh