Qonşu üçün kredit götürən şəxs indi borc içindədir - VİDEO

Avtosfer TV 12 İyul 2018 23:36 Oxunub 2039
Qonşu üçün kredit götürən şəxs indi borc içindədir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İndi yaxşılıq etmək istəyən şəxsin həm ölkədən çıxışına qadağa qoyulub, həm də...

Qonşusunun aldığı maşına görə öz adına kredit götürən şəxs indi borc içində qalıb. Buna səbəb avtomobilin real sahibinin krediti ödəməməsi və qəzaya uğrayan həmin avtomobilin bank tərəfindən satılmasıdır. İndi yaxşılıq etmək istəyən şəxsin həm ölkədən çıxışına qadağa qoyulub, həm də o sənədlərini yeniləyə bilmir.

 

Qonşusuna yaxşılıq etmək istədi, özü pis vəziyyətdə qaldı. Avtosfer.Az xəbər verir ki, kredit qurbanlarından biridə Paytaxtın Binəqədi rayonu Biləcəri qəsbəsi sakini Vüsal Hüseynovdur. O, bir neçə il əvvəl qonşunun almaq istədiyi avtomobilə görə az adına kredit götürüb.

 

Maşın qəzaya düşdükdən sonra kreditin götürüldüyü bankın əməkdaşları həmin avtomobili götürərək satıblar. Bununla borcun bir hissəsi bağlansada, banka yenə borc qalıb və üstünə faiz gəlib.

 

Elə bizdə avtomobilin real sahibi, hazırda Sabirabad rayonunda yaşadığı bildirilən Fazil Məmmədovla əlaqə saxlamaqa çalışsaqda o zənglərə cavab vermədi.

 

Məsələ ilə tanış olan hüquqşunas Asif Abdullayev isə bildirdi ki, bu halda adına kredit götürülən Vüsal Hüseynov , Fazil Məmmədova qarşı məhkəmə iddiası qaldıra və faktiki onun istifadə etdiyi məbləğin banka geri ödənilməsini təmin edə bilər. Bu halda Vüsal Hüseynovun üzərindəki qadağalarda götürüləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh