Xanım sürücünün “parkinq şousu” - VİDEO

Avtosfer TV 13 İyul 2018 13:32 Oxunub 2320
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Hadisə sürücünün naşılığından baş verib, çünki qadın tamamilə ayıq olub”

Sosial şəbəkədə qadın sürücünün videosu izlənmə rekordu qırıb. Belə ki, Rusiyanın Nijni Novqorod əyalətində uşağı məktəbə ötürdükdən sonra ərazidən tez-bazar uzaqlaşmaq istəyən xanım sürücü avtomobilini arxaya vermək istəyərkən əvvəlcə sol, sonra isə digər maşınları zədələyərək hadisə yerini tərk edib. Hadisə yerinə çağırılan polis əməkdaşları hadisənin baş vermə səbəblərini və günahkarın kim olmasını araşdırmağa başlayıblar. Bir müddətdən sonra qadın hadisə yerinə qayıdaraq günahını etiraf edib, və polislərlə birgə dəymiş zərərin aradan qalxması üçün sənədləşmə aparıblar.

Şahidlər qeyd ediblər ki, hadisə sürücünün naşılığından baş verib, çünki qadın tamamilə ayıq olub.

Avtosfer.az həmin görüntüləri sizə təqdim edir:

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh