Daha bir marşrut kart sisteminə keçir - Sabahdan

Yeniliklər 13 İyul 2018 14:21 Oxunub 1541
Daha bir marşrut kart sisteminə keçir - Sabahdan
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xaliq Faiqoğlu” şirkəti tərəfindən xəttə yeni nəqliyyat vasitələri buraxılacaq

Bakı Nəqliyyat Agentliyinin göstərişinə əsasən daha bir marşrut xətti üzrə gediş haqqının ödənişi “BakıKart” vasitəsi ilə həyata keçiriləcək. Bakı Nəqliyyat Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, 14.07.2018 tarixindən 199 nömrəli müntəzəm marşrut xətti üzrə (Xətai prospekti-Bakı Mühəndislik Universiteti) hərəkət edən avtobuslarda nağdsız ödəniş sistemi tətbiq ediləcək. Gediş haqlarının “Bakıkart” vasitəsi ilə ödənilməsini təmin etmək üçün “Xaliq Faiqoğlu” şirkəti tərəfindən xəttə texniki baxımdan saz vəziyyətdə olan və validatorla təchiz edilən nəqliyyat vasitələri buraxılacaq. 199 nömrəli marşrut xəttinin hərəkət sxeminə uyğun dayanacaqlarda ödəmə terminallarının qoyulması ilə bağlı zəruri tədbirlər görülür. Bununla da nağdsız ödəniş sistemi ilə çalışan marşrut xətlərinin sayı 23-ə çatmış olur.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh