Uçan maşınlar gələn ildən satışa çıxarılır - VİDEO

Texnologiya 13 İyul 2018 16:12 Oxunub 1548
Uçan maşınlar gələn ildən satışa çıxarılır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şirkət aparatların satışına 2019-cu ilin əvvəllərindən start verəcək

Pilot vəsiqəsinə ehtiyac olmayan uçan maşınların təlim uçuşları uğurla başa çatıb. Avtosfer.az-ın APATV-yə istinadən xəbərinə görə, ABŞ-ın Kaliforniya ştatında yerləşən "Opener" firması tərəfindən istehsal edilən "BlackFly" adlandırılan uçuş aparatları saatda 100 km sürətlə hərəkət edə bilir. Elektrik enerjisi ilə işləyən bu aparatlar 40 km məsafəni rahatlıqla qət edə bilir. KİV-də insan daşıya bilən dronlara bənzədilən "BlackFly" uçuş aparatlar 4 metr uzunluğa, 1,5 metr hündürlüyə, 4,2 metr enə malikdir. Pilot kabinəsinin hündürlüyü isə 2 metrdir və 113 kiloqrama qədər yük daşıya bilir. Şirkət aparatların satışına 2019-cu ilin əvvəllərindən start verəcək. Qeyd edilir ki, ilkin olaraq "BlackFly"ların qiyməti yüksək olsa da, gələcəkdə normal avtomobillərin qiymətinə təklif olunacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh