Kosmik turizmin qiyməti məlum oldu - 200-300 min dollar arası

Texnologiya 13 İyul 2018 16:55 Oxunub 1466
Kosmik turizmin qiyməti məlum oldu - 200-300 min dollar arası
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İlk sərnişinlərin şirkətin öz əməkdaşları olacağı bildirilir

Dünyanın ən zəngin adamı Ceff Bezosun “Blue Origin” aerokosmik şirkətinin təşkil edəcəyi kosmik turizmin təxmini qiyməti açıqlanıb.

Avtosfer.az-ın lent.az-a istinadən verdiyi xəbərə görə, “New Shepard” gəmisində kosmosa uçmaq istəyənlər 200-300 min dollar arası pul ödəyəcəklər.

İyun ayında şirkət nümayəndələri bildiriblər ki, tezliklə “New Shepard”ın sərnişinlərlə birlikdə testləri başlayacaq, kosmik turistlər üçün bilet satışı isə gələn ilə planlaşdırılır.

“New Shepard” suborbital uçuşlar üçün nəzərdə tutulan çoxistifadəli gəmidir. O, pilot tərəfindən idarə olunan və 6 sərnişin tutan kapsuldan ibarətdir. Gəmi Yerdən 100 km hündürlüyə qalxır. Bu hündürlükdə atmosferlə kosmos arasındakı şərti sərhəd sayılan Karman xətti yerləşir. Turistlər orada bir neçə dəqiqə ərzində çəkisizlik hiss edəcəklər və kosmosun ümumi mənzərəsini görəcəklər.

”New Shepard” vertikal şəkildə, təkpilləli raketin köməyi ilə havaya qalxır. Eniş isə mühərrik və paraşütün köməyi ilə gerçəkləşir. Sistem ilk dəfə suborbital uçuş həyata keçirən amerikalı astronavt Alan Şepardın adı ilə adlandırılıb. İndiyədək “Blue Origin” 8 sınaq uçuşu keçirib. Lakin bu uçuşların heç biri sərnişinlərlə olmayıb. İlk sərnişinlərin şirkətin öz əməkdaşları olacağı bildirilir.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh