"Tesla" işi sürətləndirdi: Həftədə 5 min elektromobil

Avtoxəbər 13 İyul 2018 23:42 Oxunub 1508
"Tesla" işi sürətləndirdi: Həftədə 5 min elektromobil
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Hesab edirəm ki, biz əsl avtomobil istehsalı şirkətinə çevrildik"

"Tesla" şirkətinin rəhbəri Elon Mask yeni "Model 3" elektromobillərinin istehsalında həftədə 5 min ədəd rəqəminə nail olduqlarını açıqlayıb.

 

Avtosfer.Az lent.az-a istinadən xəbər verir ki, E. Mask bu barədə əməkdaşlara göndərdiyi daxili məktubunda bildirib. O, gələn ay 6 min ədəd göstəricisinə nail olmağa ümid etdiyini söyləyib: "Hesab edirəm ki, biz əsl avtomobil istehsalı şirkətinə çevrildik". 

 

E. Mask deyib edib ki, 5 min "Model 3"dən əlavə, 2 min ədəd "Model X" və "Model S" də buraxılıb. "7 gündə 7000 avtomobil", - deyə o, "Twitter"də qeyd edib. İş adamı əməkdaşların fərasətini tərifləyib.

 

Qeyd edək ki, şirkət ayda 5 min ədəd göstəricisinə 2017-ci ilin sonunda nail olmağı planlaşdırırdı, lakin texnoloji prosesdə baş verən problemlər üzündən bu plan baş tutmayıb. "Tesla" "Model 3"ün yığımına 2017-ci ilin iyulunda başlayıb. Bu avtomobilin qiyməti 35 min dollardan başlayır. Maksimal sürət saatda 210 km təşkil edir. 100 km sürət 5,6 saniyəyə yığılır. Bir dəfə doldurulmaqla 350 km getmək olur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh