Elektromobillərin sayı 125 milyona çatacaq

Avtoxəbər 14 İyul 2018 22:17 Oxunub 1505
Elektromobillərin sayı 125 milyona çatacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
2017-ci ildə dünyada elektromobillərin sayı 54 faiz - təxminən 3,1 milyon avtomobilədək artıb

Dünya yollarında elektromobillərin sayı əsas ssenariyə görə, 2030-cu ilədək 125 milyon ədədə çatacaq, lakin onlara keçid sürəti müxtəlif ölkələrdə dövlət siyasətindən asılı olacaq. Bu barədə Beynəlxalq Energetika Agentliyinin proqnozunda deyilir.

 

Avtosfer.Az ICTnews-a istinadən bildirir ki, məlumata görə, 2017-ci ildə dünyada elektromobillərin sayı 54 faiz - təxminən 3,1 milyon avtomobilədək artıb.

 

Optimistik ssenariyə görə, dünyanın iqlim dəyişiklikləri ilə daha fəal mübarizə aparacağı və avtomobil istehsalı ilə məşğul olan şirkətlərin elektromobillərin istehsalı zamanı qənaət edə biləcəkləri təqdirdə 2030-cu ilədək onların ümumi sayı 220 milyon avtomobilədək artacaq.

 

Bununla belə, avtomobil nəqliyyatında elektrik mühərrikləri yaxın 20 ildə ənənəvi daxili yanma mühərriklərini üstələyə bilməyəcək.

 

Beynəlxalq Energetika Agentliyinin qiymətləndirməsinə görə, 2035-2040-cı illərdə dünyada avtomobillərin sayı 2 milyard təşkil edəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh