İdmançılarımız yeni federasiyanın açılışında – FOTOLAR

Avtosfer Foto 15 İyul 2018 14:17 Oxunub 2428
İdmançılarımız yeni federasiyanın açılışında – FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu federasyada yetişən idmançılarımız bütün yarışlarda bizim dövlət himnimizi səsləndirər

Ötən gün Bakı Biznes Universitetində “Wing Chun” Döyüş Sənəti Federasiyasının açılması ilə bağlı mətbuat konfransı keçirilib. Bu döyüş sənəti 10 ildən artıq Azərbaycanda tədris olunmağa başlayıb. Artıq bu ildən etibarən isə federasiya kimi fəaliyyət göstərir. Tədbirə dəvət olunmuş qonaqlar arasında Bakı Şəhər Baş İdman İdarəsinin rəisi Raqif Abbasov yer alıb. O federasyanın təşkilatçılığı ilə mütamadi olaraq paytaxt və  ölkə çempionatlığının keçiriləcəyinin və regionlarda da nümayəndəliklərin yaradılacağını söyləyib: “İnşallah uğurlarınız bol olar. Bu federasyada yetişən idmançılarımız bütün yarışlarda bizim dövlət himnimizi səsləndirər”.

Daha sonra idarə heyətinin üzvlərinə vəsiqələr təqdim olunub.

Keçirilən mətbuat konfransında federasiyanın gələcək planları və qarşısına qoyduğu məqsədlər haqqında federasiyanın prezidenti beynəlxalq dərəcəli usta Asif Sayadov ətraflı məlumat verib.

Tədbirə dəvət olunmuş qonaqlar arasında millət vəkili Ülvi Quliyev, məşhur idmançılarımız Elnur Məmmədli, Rafael Ağayev, Eduard Məmmədov, Rəşad Əhmədov, Hacı Əliyev, Nizami Paşayev, Şahin İmranov, Elçin Eminov və başqaları yer alıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh