Gəncədə törədilmiş cinayətlərlə bağlı daha 7 nəfər həbs edilib

Gündəm 15 İyul 2018 14:27 Oxunub 642
Gəncədə törədilmiş cinayətlərlə bağlı daha 7 nəfər həbs edilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir

İyulun 10-da Gəncə şəhərində törədilmiş cinayətlərlə bağlı daha 7 nəfər, eləcə də, axtarışda olan İbrahimov Samir Ramiz oğlu həbs edilib. “Report” hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki,10 iyul hadisələrinə görə ümumilikdə 22 nəfər həbs olunub. Bildirilir ki, bir nəfər bu gün gecə saatlarında Qazax rayonu ərazisindən Azərbaycan-Gürcüstan sərhədini keçmək istəyən zaman saxlanılıb. Bununla yanaşı, iyulun 3-də Gəncə şəhərinin icra başçısı Elmar Vəliyevin həyatına sui-qəsdlə bağlı ümumilikdə 13 nəfər həbs edilib, 8 nəfər barəsində isə axtarış elan olunub.

Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh