ETSN çimərliklərə gedən sakinləri ehtiyatlı olmağa çağırıb - XƏBƏRDARLIQ

Gündəm 15 İyul 2018 14:30 Oxunub 590
ETSN çimərliklərə gedən sakinləri ehtiyatlı olmağa çağırıb - XƏBƏRDARLIQ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Abşeron çimərliklərində şimal-qərb küləyi arabir güclənəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti iyunun 16-da gözlənilən hava şəraiti ilə əlaqədar olaraq sakinlərə xəbərdarlıq edib. Departamentdən Avtosfer.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq, arabir güclənən şimal-qərb küləyi əsəcək. "Abşeron yarımadasının şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu 25-26° isti olacaq. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) də şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu 26-27° isti təşkil edəcək. Arabir güclənən şimal-qərb küləyi ilə əlaqədar çimərliklərə üz tutanlar ehtiyatlı olmalıdırlar", - deyə məlumatda bildirilir.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh