NASA Marsda sürünən "hörmüçəklər"in fotosunu yayıb

Maraqlı 15 İyul 2018 15:42 Oxunub 1258
NASA Marsda sürünən "hörmüçəklər"in fotosunu yayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əslində isə şəkildə buz və toz yığımı əks olunub

"Mars Reconnaissance Orbiter" Mars kəşfiyyat peyki Qırmızı planetin səthinin bir neçə qəribə şəklini çəkib. Qış vaxtı Marsın Cənub yarımkürəsindən əldə edilən fotolarda alimlər hörmüçək şəkilli ləkə müşahidə ediblər.

 

Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə NASA-nın hesabatında deyilir.

Mütəxəssislərin sözlərinə görə, əslində isəəmmalı şəkillərdə buz və toz yığımı öz əksini tapıb. Yazın gəlişi ilə Qırmızı planetin cənub qütbündə karbon qatı buz qatını "parçalayır" və atmosferə düşür. Bundan sonra yaranmış çuxurların ətrafına qara toz çökür.

Məhz bu proses Marsda qara hörmüçəklərin yaşadığı illüziyasını yaradır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh