Kabildə partlayış törədilib - ölənlər və yaralananlar var

Gündəm 15 İyul 2018 20:36 Oxunub 587
Kabildə partlayış törədilib - ölənlər və yaralananlar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Partlayış nəticəsində 10 nəfər ölən və yaralanan var

Bu gün Əfqanıstan paytaxtında Kənd Rayonlarının İnkişafı Nazirliyinin binası yaxınlığında partlayış törədilib.

 

Avtosfer.Az APA-ya istinadən bildirir ki, bu barədə "TOLOnews" telekanalı məlumat yayıb.

 

Partlayış yerli vaxtla saat 16.30 radələrində Kabilin Darulaman rayonunda baş verib. Terrorçu-kamikadze üzərindəki partlayıcı qurğunu nazirliyin binasının darvazası qarşısında işə salıb. Nazirliyin rəsmi nümayəndəsi Faridun Azhand partlayışın işçilər nazirlikdən çıxarkən törədildiyini bildirib. Partlayış nəticəsində 10 nəfər ölən və yaralanan var.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh