Gəmilər toqquşdu: 10 nəfər itkin düşdü

Qəzalar 15 İyul 2018 23:19 Oxunub 729
Gəmilər toqquşdu: 10 nəfər itkin düşdü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İkinci gəminin göyərtəsində adam olub-olmadığı, həmçinin qəzanın baş vermə səbəbləri məlum deyil

Çinin Şanxay şəhəri yaxınlığında yük gəmisinin batması nəticəsində 10 ekipaj üzvü itkin düşüb.

 

Avtosfer.Az Teleqraf.com-a istinadən xəbər verir ki, uzun saatlardır davam edən xilasetmə əməliyyatı heç bir nəticə verməyib.

 

Məlumata görə, “Şuntsyan-2” yük gəmisi digər gəmi ilə toqquşma nəticəsində batıb. İkinci gəminin göyərtəsində adam olub-olmadığı, həmçinin qəzanın baş vermə səbəbləri məlum deyil.

 

“Şuntsyan-2” gəmisi Nankin şəhərindən Quandun əyalətinə 3 min tona yaxın polad aparırmış. Gəminin göyərtəsində 13 ekipaj üzvü olub, onların hamısı toqquşmadan sonra suya düşüb, indiyədək üç nəfəri xilas etmək mümkün olub. Onların hər üçünə tibbi yardım göstərilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh