“Mənim mərhum anam…” - Tramp

Maraqlı 15 İyul 2018 23:41 Oxunub 1147
“Mənim mərhum anam…” - Tramp
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"O, valehedici idi! Son dərəcə diqqətçəkici və gözəl. Nəhayət, bu böyük şərəfə – onunla görüşməyə nail oldum”

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniya kraliçası II Yelizavetanı bəsirət gözü açıq, heyranedici incəliyə malik qadın adlandırıb.

 

Avtosfer.Az Teleqraf.com-a istinadən xəbər verir ki, o, bu barədə kraliça ilə görüşdən sonra “Daily Mail”ə müsahibəsində bildirib.

 

“O möhtəşəm qadındır: bu qədər enerjili, fərasətli və bəsirət gözü açıq. O, valehedici idi! Son dərəcə diqqətçəkici və gözəl. Nəhayət, bu böyük şərəfə – onunla görüşməyə nail oldum”, – deyə ABŞ lideri bildirib.

 

Ağ Ev rəhbəri etiraf edib ki, onun anası – Şotlandiyanın Hebrid adasında dünyaya gələn mərhumə Meri Enn Tramp II Yelizavetanın böyük pərəstişkarı idi, onu zərifliyin təcəssümü hesab edirdi.

 

Onu da qeyd edək ki, D.Tramp II Yelizaveta ilə görüşən sayca 12-ci ABŞ Prezidenti olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh