Gəncədə polisi öldürən şəxs qumbara partlatmaq çalışarkən "Aslanlar" tərəfindən MƏHV EDİLİB

Gündəm 15 İyul 2018 23:57 Oxunub 1271
Gəncədə polisi öldürən şəxs qumbara partlatmaq çalışarkən "Aslanlar" tərəfindən MƏHV EDİLİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
1988-ci il təvəllüdlü Böyükkişiyev Rəşad Məmmədəli oğlu ilə bağlı əməliyyat tədbirləri həyata keçirilib

İyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərərək xidməti vəzifələrini yetirən polis əməkdaşına küt və kəsici-deşici alətlərlə hücum edərək qətlə yetirmiş Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Böyükkişiyev Rəşad Məmmədəli oğlu ilə bağlı əməliyyat tədbirləri həyata keçirilib. Daxili İşlər Nazirliyindən Avtosfer.Az-a daxil olan məlumatda bildirilir ki, Şəmkir rayonu, Moranlı kəndi ərazisində saxlanılarkən hüquq mühafizə orqanları əməkdaşlarına atəş açaraq silahlı müqavimət göstərmiş R.Böyükkişiyev əlində olan qumbaranı istifafə etməyə cəhd göstərərkən DİN-in Bakı şəhərindən getmiş xüsusi təyinatlı dəstəsi - "Aslanlar" tərəfindən məhv edilib. Məlumatda bildirilir li, R.Böyükkişiyev öz doğma anasını qətlə yetirdiyinə görə də həbsdə olub, həbs müddəti bitdikdən sonra isə Rusiya Federasiyasına gedib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh