Yol polisi sürücü və sərnişinlərin təhlükəsizliyini bu dəfə belə təmin etdi - VİDEO

Yol polisi 16 İyul 2018 01:43 Oxunub 2570
Yol polisi sürücü və sərnişinlərin təhlükəsizliyini bu dəfə belə təmin etdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DYP rəhbərliyinin göstərişi ilə bütün yollarda təhlükəsizlik tədbirləri həyata keçirilir

Havaların isti keçməsi ilə əlaqədar olaraq DİN Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayı gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Bununla bağlı DYP rəhbərliyi göstəriş verib. Avtosfer.az xəbər verir ki, göstərişə əsasən, Alayın bütün tağımlarıının şəxsi heyəti hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün qabaqlayıcı tədbirlər həyata keçirir. Belə ki, yol polisləri günün qızmar vaxtlarında uzaq səfərə çıxan sürücüləri, xüsusən də sərnişin və yükdaşıma fəaliyyəti ilə məşğul olanları DYP-nin stasionar postlarında və yollarda saxlayaraq onların qısamüddətli istirahət etməsinə şərait yaradırlar. Sürücülər postların ərazisində olan bulaqda sudan istifadə edərək əl-üzlərini yuyur, otaqlarda qısamüddətli istirahət edirlər. Eyni zamanda, onlara postlarda sərin su da verilir. Bu xidmət sərnişinlər üçün də təklif olunur.

Yol polisi əməkdaşları isti havada uzaq məsafəyə gedən sərnişin avtobuslarının sürücülərini saxlayaraq onları maarifləndirir, öz tövsiyələrini verir və stasionar postlarda yaradılmış şəraiti bir daha nəzərə çatdırırlar. Sürücü və sərnişinlər postdakı bulaqlarda üzlərini yuyur, sərin su ilə təmin edilir, 5-10 dəqiqə dincəlir və bundan sonra yoluna davam edirlər.

Yol polisləri ilə birlikdə postlarda olan həkimlər isə özlərini narahat hiss edən sərnişinlərə tibbi xidmət göstərir, sürücüləri müayinədən keçirirlər. Bir necə sürücü və sərnişinin qan təyziqi ölcülüb və lazım tibbi yardım göstərilib. Müayinə zamanı sükan arxasına sərxoş halda əyləşən 1 sürücü aşkar edilərək barəsində inzibati qaydada tədbir görülüb.

Keçirilən tədbirlər zamanı qəza şəraiti yaradan, təhlükəsizlik kəmərindən istifadə etməyən, yolun sağ hissəsi boş olduğu halda sol zolaqla hərəkət edən, yükdaşıma qaydalarını pozan, dövlət nömrə nişanı standarta uyğun olmayan nəqliyyat vasitələri, avtomobili icbari sığorta etdirməyən çoxlu sayda sürücülər saxlanılıb. Onların hər biri barəsində elektron protokol tərtib edilib, lazımi tövsiyələr verilib.

DYP digər sürücülərə də tövsiyə edir ki, stosionar postlarda yaradılan bu şəraitdən istifadə etsinlər, uzaq səfərlərə çıxarkən hərəkəti birdəfəlik deyil, fasilələrlə davam etdirsinlər. Bu, onların və daşıdıqları sərnişinlərin həyat və sağlamlığı üçün çox vacibdir.

Avtosfer.az respublikanın bütün yollarında keçirilən tədbirlərin videosunu təqdim edir:

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh