Yunis Səfərovla bağlı YENİ ŞOK MƏLUMATLAR ÜZƏ ÇIXDI - VİDEO

Gündəm 16 İyul 2018 00:58 Oxunub 1334
Yunis Səfərovla bağlı YENİ ŞOK MƏLUMATLAR ÜZƏ ÇIXDI - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Daha 7 nəfər, o cümlədən axtarışda olan İbrahimov samir ramiz oğlu həbs edilib

Dövlət Təhlükəsizlik Xidməti Gəncə şəhər icra hakimiyyətinin başçısına sui-qəsd törətmiş Yunis Səfərovla birlikdə Suriyada döyüşlərdə iştirak etmiş şəxsləri saxlayıb. Yunis Səfərovun İranda yaşayan Tohid İbrahimbəyli tərəfindən Suriyaya göndərildiyi müəyyən edilib. Bu arada Gəncə hadisələləri ilə bağlı daha 7 nəfər həbs edilib. Gəncə şəhəri İcra Hakimiyyətin başçısına sui-qəsd törətmiş Yunis Səfərovla Suriyada döyüşlərdə iştirak etmiş şəxslər saxlanılıb. Avtosfer.Az-ın məlumatına görə, Yunis Səfərovun əvvəllər hazırda İran ərazisində yaşayan Tohid İbrahimbəyli tərəfindən hərbi təlimlər keçmək və döyüşlərdə iştirak etmək üçün Suriya ərazisinə göndərildiyi müəyyən edilib. Mütəmadi olaraq Azərbaycan dövlətçiliyi əleyhinə radikal çağırışlar edən Tohid İbrahimbəyli hələ 2017-ci ilin yanvarında radikal şiə təriqətçilərinə məxsus "nur-az.com" internet saytı vasitəsilə Elmar Vəliyevin öldürülməsinə çağırış edib.

Yunis Səfərovla bağlı məlumatın araşdırılması zamanı məlum olub ki, bır sıra Azərbaycan vətəndaşları 2013-2016-cı illər ərzində Tohid İbrahimbəyli tərəfindən İranın Qum şəhərində toplanaraq maddi maraq qarşılığında qanunsuz silahlı birləşmələrin tərkibində döyüşlərdə iştirak etmək üçün Suriya ərazisinə göndərilib.

İstintaq zamanı Taleh Göyüşov və Tohid İbrahimbəylinin yaxın qohumları Həbib İbrahimli , Pərviz Musayev , Elmir Ziyadovun Yunis Səfərovla birgə İranın Qum şəhərində Tohid İbrahimbəyli tərəfindən təşkil edilmiş gizli toplantıda və Suriya ərazisində qanunsuz silahlı birləşmələr tərkibində döyüşlərdə iştirak etdikləri müəyyən edilib. Həmçinin müəyyən olunub ki, Taleh Göyüşov bu ilin 10 iyul tarixində Gəncədə polis əməkdaşlarına soyuq silahla hücum edilməsi ilə müşayiət olunan qanunsuz aksiyanın fəal iştirakçısı olub. Qeyd edilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və cinayət məsuliyyətinə cəlb olunublar. Bununla yanaşı gəncə şəhərində törədilmiş cinayətlərlə bağlı daha 7 nəfər, o cümlədən axtarışda olan İbrahimov samir ramiz oğlu həbs edilib. Huquq mühafizə orqanlarından verilən məlumata görə ümumilikdə 22 nəfər həbs edilib. Bir nəfər bu gün gecə saatlarında Azərbaycan-Gürcüstan sərhədini Qazax rayonu ərazisindən keçmək istəyərkən saxlanılıb.Eyni zamanda, iyulun 3-də gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsdlə bağlı ümumilikdə 13 nəfər həbs edilib. 8 nəfər barəsində isə axtarış elan olunub.Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh