Polisi qılınclayan Rəşad Böyükkişiyev necə öldürüldü? - FOTO

Avtosfer Foto 16 İyul 2018 11:02 Oxunub 8754
Polisi qılınclayan Rəşad Böyükkişiyev necə öldürüldü? - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Fotolarda DİN-in “Aslanlar” xüsusi təyinatlı dəstəsi və məhv edilən Böyükkişiyevin cəsədi öz əksini tapıb

Xəbər verdiyimiz kimi, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərərək xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşına küt və kəsici-deşici alətlərlə hücum edərək qətlə yetirmiş Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Böyükkişiyev Rəşad Məmmədəli oğlu ilə bağlı əməliyyat tədbirləri həyata keçirilib. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, həmin əməliyyatın fotoları yayılıb. Fotolarda əməliyyatı həyata keçirən DİN-in “Aslanlar” xüsusi təyinatlı dəstəsi və məhv edilən R.Böyükkişiyevin cəsədi öz əksini tapıb.

Xatırladaq ki, Şəmkir rayonu, Moranlı kəndi ərazisində saxlanılarkən hüquq mühafizə orqanları əməkdaşlarına atəş açaraq silahlı müqavimət göstərmiş R.Böyükkişiyev əlində olan qumbaranı istifadə etməyə cəhd göstərərkən öldürülüb. 





ŞƏRH YAZ
Ad

E-mail

Şərh