Bu yollarda təhlükəsizlik sədləri təmir edilir

Yeniliklər 16 İyul 2018 11:43 Oxunub 1061
Bu yollarda təhlükəsizlik sədləri təmir edilir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları xahiş olunur

Azərbaycanın iri avtomobil yollarında təhlükəsizlik sədləri təmir edilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Avtosfer.az- verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 10-132 km-lik hissəsində, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 14-120 km-lik hissəsində bu gün axşam saatlarınadək yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılacaq. Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh