Vətənə bürünc medalla qayıtdı – FOTO

Yol polisi 16 İyul 2018 17:00 Oxunub 1093
Vətənə bürünc medalla qayıtdı – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Daxili Qoşunlarının zabiti yüksək fiziki və texniki hazırlıq nümayiş etdirib

Bu yaxınlarda ABŞ-ın Orlando şəhərində Çin döyüş Sənətləri üzrə Dünya çempionatı keçirilib. Milli komandanın tərkibində mübarizə aparan DİN Daxili Qoşunlarının baş leytenantı İlqar Nəcəfli yüksək fiziki və texniki hazırlıq nümayiş etdirib. Sanda versiyası üzrə Dominikan Respublikası, İtaliya və ABŞ-dan olan idmançılarla qarşılaşan təmsilçimiz dünya çempionatının bürünc medalına sahib olub.

Qeyd edək ki, İ.Nəcəfli mötəbər yarışlarda ölkəmizi layiqincə təmsil edir. O, ikiqat dünya və Avropa çempionu, Avro-Asiya yarışının qalibi, Dünya kubokunun sahibidir.

 

Zeyni Hüseynov,

DİN Mətbuat Xidmətinin əməkdaşı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh