BNA-dan yol hərəkəti iştirakçılarına "Sevgi məsuliyyəti" - FOTOLAR

Avtosfer Foto 16 İyul 2018 17:36 Oxunub 1766
BNA-dan yol hərəkəti iştirakçılarına "Sevgi məsuliyyəti" - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Agentlik “Sevgi-Məsuliyyətdir” devizi altında maarifləndirmə layihəsinə başlayıb

Bakı Nəqliyyat Agentliyi “Sevgi-Məsuliyyətdir” devizi altında yeni sosial maarifləndirmə layihəsinə başlayıb. Avtosfer.az xəbər verir ki, məqsəd yol hərəkəti iştirakçılarının yol hərəkəti təhlükəsizliyi, ictimai nəqliyyatda etik davranış qaydaları və digər bu kimi vacib məsələlərlə bağlı  maarifləndirməsini təşkil etməkdir. Layihə çərçivəsində şəhərin müxtəlif yerlərində, xüsusən də hərəkətin intesiv olduğu küçə və prospektlərdəki reklam qurğularında, eyni zamanda “Bakubus” MMC-yə məxsus avtobuslar üzərində maarifləndirmə xarakterli posterlər yerləşdirilib. “Sevgi-Məsuliyyətdir” başlığıyla olan sosial reklamlar hər biri özündə müxtəlif mesajları birləşdirir. Piyada keçidinə diqqət etmək, avtomobillərin düzgün yerdə park edilməsi, sükan arxasında telefondan istifadə, sürücülərin birbirnə qarşı anlayış göstərməsi, sərnişin-sürücü münasibəti, ətraf mühitin qorunması və digər mühüm məsələlər layihə çərçivəsində çatdırmaq istədiyimiz əsas mesajlardandır.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh